Premyer Liqada çıxış edən daha bir futbolçu karyerasını İngiltərədən kənarda davam etdirəcək. Ötən mövsüm icarə əsasında “Bayern Münxen”də çıxış edən Joao Kanselu bu dəfə “Barselona” forması geyinəcək. “Mançester Siti” müdafiəçisinin bir il müddətində “Barselona”da çıxış etməsinə icazə verib. Xatırladaq ki, Portuqaliya millisinin futbolçusunun La Liqa təcrübəsi var. 29 yaşlı müdafiəçi 2014-18-ci illərdə “Valensiya”nın heyətində çıxış edib. Kanselu ötən mövsüm “Bayern”də 15 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.